Dənizçilər üçün xüsusi hazırlıq proqramına yeni səriştə əlavə olundu - FOTO

Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin müvafiq qətnaməsinə, eləcə də “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyaya uyğun olaraq mühüm yenilik həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, yeniliyə əsasən, Beynəlxalq Məcəllənin A-VI/1-4 Cədvəlinə (şəxsi təhlükəsizlik və ictimai məsuliyyət) yeni səriştə –
“Zorakılıq və qısnama hallarının, o cümlədən cinsi qısnama, bulinq və cinsi zorakılıq hallarının qarşısının alınmasına və onlara cavab tədbirlərinin görülməsinə töhfə vermək” əlavə olunub.

Bu yeniliklə əlaqədar “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” xüsusi hazırlıq kursunun nümunəvi tədris planına dəyişiklik edilib. Plana yeni səriştənin tədrisi üçün 6 saat daxil edilib. Yenilənmiş proqramın ümumi müddəti 80 saat təşkil edir və cari ilin 1 dekabr tarixindən etibarən tətbiq olunmağa başlanılıb.
Sözügedən yenilik dənizçilərin təhlükəsiz və etibarlı əmək şəraitinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycan dənizçilərinin həm ölkə daxilində, həm də beynəlxalq sularda maneəsiz, fasiləsiz və standartlara uyğun fəaliyyət göstərməsinə şərait yaradır.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












