Deputatın başına gələnlər hər kəsi təəccübləndirdi – 13 saat tualetdə qaldı

Belçikada deputat parlament binasındakı tualetin qapısının kilidi xarab olduğu üçün təxminən 13 saat içəridə köməksiz vəziyyətdə qalıb.
Avtosfer.az xəbər verir ki, hadisə Brüsseldəki Flamand Parlamentində baş verib. Vlaams Belang partiyasının 58 yaşlı deputatı Frederik Erens tualetə daxil olduqdan sonra qapının kilidinin sıradan çıxması səbəbindən oradan çıxa bilməyib.
Məlumata görə, deputat uzun müddət içəridə qaldıqdan sonra kömək çağırıb. Hadisə ilə bağlı təcili yardım qrupları parlament binasına gəlib.
Xilasedicilər nasaz kilidi aça bilmədikləri üçün qapını ling vasitəsilə sındıraraq deputatı çıxarıblar.
Təxminən 13 saat qapalı məkanda qalan Erens xilas edildikdən sonra nəfəs almaqda çətinlik çəkib. Buna görə də o, Brüsseldəki Saint-Jean xəstəxanasına aparılıb.
Deputatın səhhəti ilə bağlı əlavə məlumat açıqlanmayıb. Hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Frederik Erens 2024-cü ildə Flamand Brabant bölgəsindən Flamand Parlamentinə seçilib. O, parlamentdə Nəqliyyat və İctimai İşlər, eləcə də Xarici Siyasət komitələrində fəaliyyət göstərir. Erens eyni zamanda Keerbergen Bələdiyyə Şurasının üzvüdür.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












