Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir? - FOTO

Sentyabr ayı ailələr üçün yalnız yeni dərs ilinin başlanğıcı deyil, həm də əlavə xərclərin artdığı dövrdür. Məktəbli geyimləri, çanta və digər ləvazimatlar, dərslikdənkənar hazırlıqlar, kurslar, nəqliyyat və gündəlik ərzaq xərcləri ailələrin büdcəsinə əlavə yük yaradır.Xüsusilə bir neçə məktəbli uşağı olan ailələrdə bu xərclər daha ciddi hiss olunur.
Bəs uşağın təhsili ailə büdcəsində nə qədər böyük pay tutur? Valideyn həm uşağın ehtiyaclarını qarşılamaq, həm də ailə büdcəsini qorumaq üçün hansı prioritetləri müəyyənləşdirməlidir?
İqtisadçı Elşən Bağırzadə Avtosfer.az-a bildirib ki, ailələrin təhsil xərclərinin nisbətən yüksək olmasında pulsuz ictimai təhsilin səviyyəsi birinci dərəcəli rol oynayır:
“İctimai təhsil ailənin gözlədiyi keyfiyyəti və nəticəni təmin etmədikdə valideyn həmin boşluğu repetitor, hazırlıq, əlavə kurslar və digər ödənişli xidmətlərlə doldurmağa çalışır. Nəticədə formal olaraq pulsuz olan təhsilin ailə üçün faktiki xərci yüksəlir. Sentyabr isə məktəbli uşağı olan ailələr üçün bu yükün daha aydın hiss edildiyi dövrdür. Amma mən həm iqtisadçı, həm də valideyn kimi düşünürəm ki, uşağın təhsilinə çəkilən xərclərə sadəcə istehlak kimi baxmaq düzgün deyil. Bu, uşağın gələcəyinə, onun insan kapitalına qoyulan investisiyadır. Ona görə də təhsil ailə büdcəsində prioritet istiqamətlərdən biri olmalıdır”.

Elşən Bağırzadə bildirib ki, bununla belə, təhsillə bağlı bütün xərclər eyni dərəcədə vacib deyil:
“Keyfiyyətli təhsil, zəruri dərs ləvazimatları, sağlam qidalanma və təhlükəsiz nəqliyyat əsas ehtiyaclardır. Bahalı çanta, brend geyim və ləvazimatlar, yaxud uşağın real ehtiyacına uyğun olmayan çoxsaylı kurslar isə ailə büdcəsini lazımsız şəkildə böyüdə bilər. Məncə, əsas prinsip belə olmalıdır ki, uşağın təhsilindən deyil, təhsil adı altında edilən səmərəsiz xərclərdən qənaət etmək lazımdır. Valideyn üçün əsas meyar xərclənən pulun məbləği deyil, həmin xərcin uşağın öyrənməsinə və inkişafına nə qədər real töhfə verməsidir”. (Qaynarinfo)
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











