DİN-də xidmətə qəbulla bağlı müsabiqə elan edildi - FOTO

Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan texnik-operator vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
DİN-dən Avtosfer.az-a verilən xəbərə görə, müsabiqədə ali təhsilli, yaşı 22-dən 29-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Microsoft Word” və “Microsoft Excel” proqramları, habelə informasiya sistemləri və elektron məlumat bazaları ilə işləmək bacarığına malik, Bakı şəhərində daimi qeydiyyatda olan və ya yaşayan vətəndaşlar iştirak edə bilərlər.
"Yol hərəkəti qaydaları sahəsində ümumi bilikləri, monitorinq, nəzarət və ya inzibati fəaliyyət üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər Daxili İşlər Nazirliyinin kadrları sırasına qəbul edilərək onlara müvafiq xüsusi rütbə xüsusi rütbə veriləcək
Namizədlər 2026-cı il oktyabrın 14-dək DİN-in rəsmi internet saytında (www.mia.gov.az) yerləşdirilmiş elektron ərizə formasını və anket məlumatlarını dolduraraq [email protected] elektron ünvanına göndərməlidirlər",- deyə məlumatda qeyd edilib.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












