Dörd yüzdən çox stomatoloq TƏBİB-in qarşısında etiraz aksiyası keçirəcək

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Azərbaycandakı dövlət tibb müəssisələrində çalışan stomatoloqlara qəribə tələb qoyulub. Belə ki, paytaxt Bakıda stomatoloqlardan hər iş otağı üçün aylıq 1 800 manat, bölgələrdə isə 1 200 manat pul vəsaiti tələb olunur. Bu qeyri-rəsmi tələb stomatoloqların ciddi narazılığına səbəb olub.
Azərbaycanda fəaliyyət göstərən stomatoloqların qrupundan bildirilib ki, may ayının 22-də 400-dən çox stomatoloq tərəfindən TƏBİB-in binasının qarşısında etiraz aksiyası keçirəcək:
“Etiraz aksiyasına səbəb paytaxtda çalışan stomatoloqlardan aylıq 1 800 manat, regionlarda fəaliyyət göstərən həmkarlarımızdan isə 1 200 manat pul vəsaitinin tələb edilməsidir. Qeyd edilib ki, ödənişlər xəstələrdən alınan pullar olmalıdır. Vurğulayaq ki, bu pul vəsaitləri qeyri-rəsmi formada tələb olunur. Reallığa baxsaq, biz xəstələrdən o qədər ödəniş ala bilmirik. Bizim rəsmi maaşımız cəmi 500 manatdır.
İş prosesində bizə lazım olan tibbi vasitələri öz pulumuzla alırıq. TƏBİB bizə cəmi bir neçə tibbi vasitə təqdim edir, onlar da demək olar ki, istifadə olunmur.
Şəhər və rayon tibb mərkəzlərindən bizə bildirilib ki, bu ödənişləri həyata keçirməyən stomatoloqlar işdən azad olunacaqlar.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub vasitəsilə müraciət edəcəyik”, - deyə qeyd olunub.(unikal)
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












