Dövlət Dəniz və Liman Agentliyində Avstriya nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) Avstriya Respublikasının Türkiyə, Azərbaycan və Gürcüstan üzrə xarici iqtisadi əlaqələr nümayəndəsinin müavini Stefan Psota və “Frequentis AG” şirkətinin regional satış meneceri Pierpaolo Bettoni ilə görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə dəniz üzgüçülüyünün təhlükəsizliyi, axtarış-xilasetmə fəaliyyəti, dəniz naviqasiya avadanlıqlarının istismarı, eləcə də Azərbaycanın ərazi sularında Gəmilərin Hərəkətini İdarəetmə Sistemi (VTS) ilə bağlı görülən işlər barədə məlumat verilib.
Həmçinin DDLA-nın aidiyyəti dövlət qurumları ilə Xəzər dənizi üzrə koordinasiyalı fəaliyyəti diqqətə çatdırılıb. Həmçinin Azərbaycanın “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya (IALA) qoşulması barədə məlumat verilib və VTS sistemlərinin beynəlxalq tələblərə uyğun yenilənməsi məsələləri müzakirə olunub. Nümayəndə heyəti bu sahədə müvafiq texniki ekspert dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Görüşdə Avtomatik İdentifikasiya Sistemi (AIS) və Qlobal Dəniz Fəlakəti və Əmniyyətli Rabitə Sistemi (GMDSS) üzrə əməkdaşlıq imkanları, eləcə də təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub. DDLA-nın İdarə heyəti sədrinin müşaviri Habil Abbasov bildirib ki, bu cür görüşlər təkcə qurumlararası əməkdaşlığın genişlənməsinə deyil, həm də ölkələr arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın daha da inkişafına mühüm töhfə verir. Sonda nümayəndə heyəti DDLA-nın Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












