"Dövlət icbari şəxsi sığorta" altsisteminin əhatə dairəsi məhdudlaşdırıldı

Nazirlər Kabineti 20 fevral 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi Qaydası"nda dəyişiklik edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Dövlət icbari şəxsi sığorta" altsisteminin əhatə dairəsi məhdudlaşdırılıb.
Əgər indiyə qədər təkcə Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Prezidentin Təhlükəsizlik Xidməti üzrə hesabatlar altsistemə daxil edilmirdisə, artıq siyahıya Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Gömrük Komitəsi və Baş Prokurorluq da əlavə edilib.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












