Dövlət qurumunda 1700 işçi ÇIXARILDI

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) işçilərinin sayı açıqlanıb.
Avtosfer.az Banker.az-a istinadla xəbər verir ki, bu ilin yarımillik hesabatına görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin işçilərinin sayı 6 034 nəfər olub.
1-ci rübdə işçi sayı 6 315 nəfər təşkil edib ki, bu da rüblük müqayisədə 281 nəfərin azalması deməkdir.
Ötən ilin eyni dövrünə işçi sayı 7 719 nəfər olub ki, bu da illik müqayisədə 1 685 nəfərin azalmasıdır.
Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 22 oktyabr 2013-cü ildə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə SOCAR-ın Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkili yolu ilə yaradılıb. Şirkət dənizlə yük və sərnişin daşımaları, eləcə də dənizdə neft-qaz əməliyyatlarına nəqliyyat və digər ixtisaslaşmış xidmətlər göstərir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Nizamnamə kapitalı 440,05 milyon manatdır./banker.az
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












