Ehtiyatda olan polkovnik-leytenantın ölüm səbəbi məlum olub - FOTO

Azərbaycan ordusunun ehtiyatda olan polkovnik-leytenantı Məhəddin Cavadovun ölüm səbəbi məlum olub.
Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, o, yıxılaraq başından aldığı xəsarət nəticəsində dünyasını dəyişib.
Belə ki, 62 yaşlı M.Cavadov sentyabrın 13-də Bakıda dostları ilə ziyafət məclisi zamanı restoranda yıxılıb və başı betona dəyib.
Ağır kəllə-beyin travması alan və komaya düşən ehtiyatda olan zabit Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Bir ay burada müalicə alan M.Cavadov komadan ayılıb. Bu müddət ərzində daxili orqanlarında problemlər yaranan zabitin ölümünə də bu səbəb olub.
Mərhum bu gün Bakıda dəfn edilib.
Xatırladaq ki, Cavadov Məhəddin Cənnət oğlu 1964-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olub.
SSRİ Silahlı Qüvvələrinin Qərb qruplaşması daxilində Macarıstanda hərbi xidmət keçib. Xidmətdə fərqləndiyinə görə SSRİ Silahlı Qüvvələrinin Yaroslavl Hərbi Maliyyə-İqtisadi Akademiyasına oxumağa göndərilib. Təhsilini başa vurduqdan sonra Latviyada maliyyə rəisi, hərbi bank müdiri vəzifələrində çalışıb.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin çağırışından sonra Latviyadan Azərbaycana qayıdıb.
Müdafiə Nazirliyinin maliyyə xidmətində müfəttiş və müxtəlif vəzifələrdə işləyib.
O, uzun illər Hərbi Hava Qüvvələrində (HHQ) xidmət edib. General-mayor Altay Mehdiyevin komandanlığı dövründə HHQ-nin maliyyə idarəsinin rəisi vəzifəsində çalışıb. Daha sonra ehtiyata buraxılıb. Mülki şəxs kimi Əlahiddə Ümumqoşun Orduda və Müdafiə Nazirliyinin müxtəlif strukturlarında işləyib.
***
Azərbaycan Silahlı Qüvvələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Məhəddin Cavadov vəfat edib.
Avtosfer.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.
Bildirilib ki, bir neçə gün əvvəl bədbəxt hadisə ilə üzləşən və xəstəxanaya yerləşdirilən M.Cavadov tibbi müdaxiləyə baxmayaraq dünyasını dəyişib.

Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












