Əkrəm Tağıyev vəfat etdi - FOTO

Azərbaycan Rəssamlıq Akademiyasının "Rəsm" kafedrasının baş müəllimi, rəssam Əkrəm Tağıyev vəfat edib.
Avtosfer.az xəbər verir ki, Əkrəm Tağıyev yarım əsrə yaxın pedaqoji və yaradıcılıq fəaliyyəti ilə Azərbaycan təsviri sənətinin inkişafına, gənc rəssam nəslinin yetişdirilməsinə mühüm töhfələr verib.
1974-cü ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirən sənətkar uzun illər ərzində ali və orta ixtisas təhsili müəssisələrində rəsm fənnini tədris edib. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rəsm" kafedrasında, 2003-cü ildən isə Azərbaycan Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətini davam etdirib.
Əkrəm Tağıyevin yaradıcılığı əsasən rəngkarlıq və qrafika sahələrini əhatə edib. Rəssamın əsərlərində mənzərə, portret və natürmort janrlarına geniş yer verilib. "Abşeron", "Dəniz mənzərəsi", "Dəniz və qadın", "Güzgü qarşısında", "Xəzri", "Qobustan daşları", "Avtoportret", "Bakı gecəsi" kimi əsərləri onun yaradıcılıq irsinin mühüm nümunələrindəndir.
Sənətkar müxtəlif respublika və beynəlxalq sərgilərdə iştirak edib və uğur qazanıb.
Əkrəm Tağıyev Azərbaycan Rəssamlıq Akademiyasında uzun illər ərzində müəllim kimi fəaliyyət göstərərək öz bilik və təcrübəsini tələbələri ilə bölüşüb, onların peşəkar rəssam kimi formalaşmasına yaxından iştirak edib. Onun pedaqoji fəaliyyəti və sənət irsi Akademiyanın yaddaşında özünəməxsus iz buraxıb.

Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş












