Ekspert Mərkəzi Asiya ölkələri üçün Orta Dəhlizin əhəmiyyətinin artacağını proqnozlaşdırır

Yaxın beş ildə Orta Dəhlizin inkişafı Mərkəzi Asiya regionunda digər bütün nəqliyyat marşrutlarının inkişafını qabaqlayacaq. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Özbəkistanın Perspektivli Beynəlxalq Araşdırmalar İnstitutunun Enerji Diplomatiyası və Geosiyasət Mərkəzinin rəhbəri Xayotjon İbrahimov jurnalistlərə açıqlamasında deyib. "Orta Dəhliz bu gün olduqca aktual bir layihədir, bu marşrutla logistik tədarük zəncirimiz var. Hesab edirəm ki, növbəti beş il ərzində Orta Dəhlizin inkişafı digər marşrutlardan üstün olacaq. Bu, Mərkəzi Asiyanın, xüsusən də Özbəkistanın Çinlə Hindistan arasında bir növ mərkəz olması ilə əlaqədardır. Azərbaycan isə bizim üçün Mərkəzi Asiya ilə Avropa arasında bir növ mərkəz rolunu oynayır", - o bildirib. Ekspertin sözlərinə görə, Orta Dəhlizin inkişafından həm ixracatçı, həm də tranzitçi ölkələr faydalanacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












