Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

Xüsusilə külli miqdarda dələduzluqda və digər əməllərdə ittiham edilən “Azea Group” MMC-nin rəhbəri Elsevər Əliyevin həyat yoldaşı da cinayət məsuliyyətinə cəlb olunub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, E.Əliyevlə birgə fəaliyyət göstərən həyat yoldaşı Ayçiçək Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 162.1.1 və 178.4-cü maddələrinə əsasən ittiham elan edilib.
A.Əliyevanın himayəsində azyaşlı övladının olması və ərinin xəstəliyi nəzərə alınaraq, istintaq müddəti üçün barəsində həbslə bağlı olmayan tədbir seçilib.
Qeyd edək ki, Bakıda evlərin tikintisi və təmiri ilə məşğul olan “Azea Group” MMC-nin dələduzluq ittihamı ilə saxlanılan rəhbəri Elsevər Əliyev də bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılmışdı. Lakin daha sonra xəstəliyi ilə əlaqədar ev dustaqlığına buraxılmışdı.
Hər iki şəxs DİN-in Su Nəqliyyatında Polis İdarəsinin keçirdiyi müvafiq tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, daha əvvəl də adları çəkilən şəxslərlə bağlı araşdırma aparılıb. Sonra Bakı Şəhər Prokurorluğu işin materiallarının DİN-in Su Nəqliyyatında Polis İdarəsində araşdırılması barədə qərar verib. Hazırda idarənin Təhqiqat və istintaq şöbəsində araşdırmalar davam etdirilir.
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu












