Əməkdar artist İçərişəhərdə parkinq məhdudiyyətindən narazıdır: "Avtomobillərimizi harada saxlayaq?"

Bakıda, İçərişəhər ərazisinə girişdə avtomobil parkı ilə bağlı ciddi məhdudiyyətlər tətbiq olunması ərazidə yaşayanların narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, əməkdar artist Mübariz Həmidov bununla bağlı müraciət ünvanlayıb.
O qeyd edib ki, Səbail rayonu, Neftçilər prospekti, 5B və Vəli Məmmədov küçəsi, 22 ünvanlarının sakinləri avtomobillərini yaşadıqları ərazidə park etməkdə çətinlik çəkirlər.

"İçərişəhərə girişdə avtomobil parkı ilə bağlı ciddi məhdudiyyətlər tətbiq olunub. Əvvəllər 10-15 avtomobilin park edildiyi ərazilərdə indi yalnız dörd-beş avtomobilin dayanmasına icazə verilir. Məhz bu səbəbdən Dövlət Yol Polisi (DYP) əməkdaşları həmin ərazidə mütəmadi reydlər keçirərək, parklanma qaydalarını pozan sürücülərə 80 manat məbləğində cərimə və 2 bal tətbiq edirlər", - deyə şikayətdə bildirilib.


"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, görülən bu tədbirlərin əsas məqsədi İçərişəhərdə nəqliyyatın təhlükəsizliyini təmin etmək və oxşar halların təkrar baş verməsinin qarşısını almaq, habelə həm piyadaların, həm də sürücülərin rahat hərəkətini qorumaqdır.
"İçərişəhər ərazisində müşahidə olunan əsas problemlərdən biri bəzi sürücülərin nəqliyyat vasitələrini ikinci və digər sıralarda, həmçinin dayanmanın qadağan olunduğu yerlərdə, yolayrıclarında saxlamaqla, birtərəfli yollarda hərəkət istiqamətinin əksinə hərəkət etməklə nəqliyyatın və piyadaların hərəkətinə maneə yaradılması ilə bağlıdır.
"Bu cür qayda pozuntuları ərazidə nəqliyyatın hərəkətini çətinləşdirir, piyadaların təhlükəsizliyinə və tarixi məkanda gündəlik hərəkət rahatlığına mənfi təsir göstərir. Sürücülərə dəfələrlə şifahi xəbərdarlıqlar edilsə də, həmin hallar, təəssüf ki, davam edib.
Mövcud vəziyyətin aradan qaldırılması məqsədilə DYP tərəfindən müvafiq tədbirlər həyata keçirilərək ərazidə nəzarət tədbirləri gücləndirilib, qaydaları pozan nəqliyyat vasitələri barəsində inzibati tədbirlər görülüb", - deyə məlumatda vurğulanıb.
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI










