Emil Əhmədov: "Yaxın günlərdə şaxtaların qazıntısı başlanacaq"

"Yeni stansiyaların inşası məqsədilə mərhələli işlər davam etdirilir. Bildiyiniz kimi, artıq "Yüksel Proje" şirkəti ilə müqavilə imzalanıb. Bura iki istiqamət daxildir: biri - 10 stansiyadan 9-nun və tunellərin layihələndirilməsi, ikincisi, Yaşıl və Qırmızı xətlərin ayrılmasının layihələndirilməsi".
Avtosfer.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.
O bildirib ki, xətlərin ayrılması zamanı "İçərişəhər" stansiyasında keçid kamerası, dönmə tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi də nəzərdə tutulub:
"Hazırda layihələndirmə işləri sürətlə davam edir. Stansiyaların yerlərinin dəqiqləşdirilmsi və rəsmiləşdirilməsi istiqamətində tədbirlər görülür. Tunel traslarının hazırlanması da fəal olaraq aparılır. Metro inşaatının özəllikləri çoxdur. Sadəcə, inşaat deyil, infrastruktura daxil olan bütün məsələlər nəzərdə tutulmalı, Tikintinin Norma və Qaydalarının bütün müddəaları nəzərə alınmalıdır.
Xətlərin ayrılması istiqamətində isə işlərə isə "Dərnəgül" deposu ilə başlanılıb. Hazırda tunellərdə bir km-dən artıq dəmir yollarının çəkilməsi prosesi sürətlə davam edir. Yollar dəmir-beton blok üzərində olacaq. Depo ərazisində qatarlara təmir, qulluq, baxış sahəsində də dəmir-beton işləri görülür. Birinci mərhələdə, 7 belə sahə tam hazır vəziyyətə gətiriləcək. Bununla yanaşı, qatarların depoya daxil olması və onlara xidmət göstərilməsi üçün lazım olan bütün infrastrukturla bağlı işlər də qaydasında davam edir".
Emil Əhmədov əlavə edib ki, yaxın günlərdə şaxtaların qazıntısı başlanacaq:
"Burada 30 metr dərinliyə qədər şaxta qazılacaq. "Dərnəgül" deposunun birinci mərhələsi başa çatdıqdan sonra isə bu şaxtalardan, əvvəllər elan etdiyimiz, 200 metrədək tunel inşası da başlanacaq.
Bilirsiniz, xətlərin ayrılması təkcə bundan ibarət olmayacaq. "28 May" stansiyasının platformasını "Cəfər Cabbarlı" stansiyası ilə birləşdirən piyada tuneli də inşa olunacaq. Burada da layihə işləri tamamlanıb və hazırlıq işlərinə başlanılıb. Münasib dövrdə bu tikinti işinə də başlanılacaq".
E.Əhmədov sonda qeyd edib ki, xətlərin ayrıldıqdan sonra dayanıqlı enerji təminatını verəcək iki elektrik yarımstansiyanın da layihələndirilməsi işləri davam etdirilir:
"İçərişəhər" stansiyasının arxasındakı dönmə kamerası ilə bağlı hazırda geoloji kəşfiyyat-axtarış işləri davam etdirilir. Layihələndirmə yekunlaşan kimi həm dönmə kamerası, həm tunel, həm də avtoparkinqlə bağlı məlumatlar təqdim olunacaq".
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











