Erməni iş adamı Gürcüstanda həbs edildi - 12 ilədək cəza ala bilər

Gürcüstanda erməni iş adamı, “Crystal Group”un sahibi Vladimir Stepanyan barəsində həbs qətimkan tədbiri seçilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.
Belə ki, ittiham tərəfi Stepanyanın şahidlərə təsir göstərə biləcəyi, sübutları məhv edə biləcəyi və ya məlumatları gizlədə biləcəyi ilə bağlı narahatlığını əsas gətirərək, onun həbs olunmasını istəyib.
Məhkəmə zamanı Stepanyan məsələ ilə bağlı açıqlama verməyib. Vəkili onun 500 min lari (314232,9 AZN) girov müqabilində azadlığa buraxılmasını istəyib.
O, qanunsuz sahibkarlıq fəaliyyəti və qeyri-qanuni gəlirlərin leqallaşdırılmasında ittiham olunur.
Prokurorlar iddia edirlər ki, Stepanyan qanunsuz tikilmiş yaşayış binalarını sistematik şəkildə köçürüb və 1 milyon 894 min 925 lari məbləğində böyük gəlir əldə edib. Bu külli miqdarda məbləği qanuniləşdirmək üçün təqsirləndirilən şəxs pulun bir hissəsini şirkətin bank hesablarına yerləşdirib və bir hissəsini şəxsi aktivlərinə keçirib, sonradan şirkətin, özünün və əlaqəli şəxslərin adına daşınmaz və daşınar əmlak alıb.
Qeyd edək ki, əgər təqsirli bilinərsə, Vladimir Stepanyanı 9 ildən 12 ilədək həbs cəzası gözləyir.
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA












