Erməni ordusu nəyə hazırlaşır? - 500 km uça bilən PUA...

Ermənistan Müdafiə Nazirliyi digər ölkələrdə pilotsuz uçuş aparatlarının inkişafını yaxından izləməyə davam edir. Onlar artıq yerli pilotsuz uçuş aparatları istehsalçıları ilə əməkdaşlıq etsələr də, Ermənistan ordusu üçün daha böyük təchizat təmin etmək qərarına gəliblər. Müdafiə Nazirliyinin mütəxəssislərinin fikrincə, ilk növbədə hücum dronlarının sayını (500 km-ə qədər mənzilli) artırmaq lazımdır.
Avtosfer.az axar.az-a istinadən bildirir ki, bu barədə "Hraparak" nəşri yazıb.
Nəşrin məlumatına görə, Ermənistan MN uyğun tədarük variantlarını tapmaq üçün orta mənzilli PUA-ların ən perspektivli xarici modellərinin müqayisəli təhlilini aparıb:
"ABŞ, Fransa, İran, Ukrayna, İsrail, Hindistan, Çin və Rusiyada istehsal olunmuş dronlar nəzərdən keçirilib. Hərbi mütəxəssislər Hindistanın "Divyastra MK-1" PUA-sını ən uyğun variant hesab ediblər. O, rekord dərəcədə aşağı qiymətə, süni intellektdən istifadə etmək və kütləvi qruplarda istifadə etmək qabiliyyətinə malikdir.
Bu göstəricilər onu digər modellərlə müqayisədə daha üstün bir modelə çevirir. Məsələn, Rusiyanın "Orion" PUA-sı yalnız böyük döyüş yükü, İranın "Miraj-532" PUA-sı buraxılış sürəti, Amerikanın "LUCAS" PUA-sı sinfinə görə həddindən artıq məsafə qət etməsi və Ukraynanın "Palianytsia" PUA-sı daha yüksək uçuş sürəti ilə seçilir. Bundan əlavə, hərbçilərin fikrincə, bu ölkələrlə pilotsuz texnologiyalar sahəsində əməkdaşlıq müəyyən siyasi problemlər yaradır. Əgər Ermənistan Rusiyadan dronlar alsa, Avropadan, ABŞ-dan alsa İrandan, Ukraynadan alsa Rusiyadan və s. narazılıq ediləcək. Beləliklə, Hindistanla əməkdaşlıq daha balanslı və sərfəli bir həlldir".
Qeyd edək ki, Ermənistanın 500 km mənzilli PUA-larla kütləvi silahlanma istəyi diqqət çəkir. Xəbərdə də göründüyü kimi, Ermənistan MN hücum dronlarına üstünlük verir.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












