Ermənilər 35 il əvvəl milis işçilərini aparan avtobusu partlatmaqla hansı mesajı verdilər? - VİDEO

XIX əsrin əvvəllərində Qarabağ xanı İbrahimxəlil xanın qızı, xeyriyyəçi Gövhər ağa tərəfindən inşa etdirilən Ağa körpüsü Şuşanı Gəncə və Aran bölgəsi ilə birləşdirən əsas karvan yolunun üzərində yerləşir.
Sonralar Xurşidbanu Natəvan tərəfindən dəfələrlə təmir edilən bu daş körpü Qarabağın mədəni irsinin ayrılmaz hissəsinə çevrilib və bölgədə baş verən bütün tarixi proseslərin bir parçası olub.
Sözügedən proseslərdən biri də Qarabağ münaqişəsi idi.
Şuşa-Xankəndi yolunun ən dar və nəqliyyatın məhdud sürətlə hərəkət etdiyi nöqtə kimi Ağa körpüsü diversiya üçün ən əlverişli məkan hesab edilirdi. Burada baş verən hər hücum bölgədə gərginliyi daha da artırırdı.
Elə 35 il öncə - 30 noyabr 1990-cı ildə Şuşadan Xankəndi aeroportuna milis əməkdaşlarını aparan PAZ markalı xidməti avtobus Ağa körpüsü ərazisində diversiyaya məruz qalır. Körpü yaxınlığında yerləşdirilən partlayıcı mexanizm işə düşür.
Bu partlayış dövlətin hüquq-mühafizə orqanına qarşı bir hücum deyil, qayda-qanun, ictimai asayişin mühafizəsi simvoluna qarşı məqsədyönlü şəkildə planlaşdırılan zərbə idi.
Bununla erməni silahlıları demək istəyirdi ki, sizin milis belə bizim üçün maneə deyil.
Bu gün Ağa körpüsü yenidən Azərbaycanın nəzarətindədir. Onun üzərindən atılan hər addım həm Qarabağ xanlığının memarlıq irsini, həm də münaqişənin acı xatirələrini xatırladır.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!











