Ermənistan blokadadan çıxır - İRƏVAN QARŞISINDA ŞƏRTLƏR

Ermənistanın blokadadan çıxması regionda yeni iqtisadi xəritə yarada bilər.
Politoloq Əziz Əlibəyli açıqlamasında bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması Türkiyə-Ermənistan sərhədinin açılması üçün əsas şərtlərdəndir.
Onun sözlərinə görə, bu proses nəticəsində Zəngəzur istiqamətində multimodal nəqliyyat dəhlizi formalaşa və regionda yeni iqtisadi rayonlar yarana bilər.
Əziz Əlibəyli bildirib ki, hazırda Türkiyə-Ermənistan sərhədinin açılması qarşısında əsas maneələrdən biri Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır:“Ankara da bəyan edib ki, sülh müqaviləsinin ilkin layihəsi imzalandıqdan sonra bu məsələ reallaşa bilər. Düşünürəm ki, Ermənistan konstitusiyası da ona qədər dəyişməlidir. Həmçinin kommunikasiyaların açılması reallaşmalı, tərəflər gömrük keçid məntəqələrini hazır vəziyyətə gətirməlidirlər."
Ekspert Türkiyə-Ermənistan sərhədinin açılmasının Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsir göstərəcəyini düşünmür. Onun sözlərinə görə, Ankara-Bakı müttəfiqliyi Şuşa Bəyannaməsinə əsaslanır və strateji xarakter daşıyır.
“Türkiyə Bakının maraqlarına qarşı heç vaxt zidd addım atmayıb. Ermənistanın sərhədinin bağlı qalması isə İrəvanı həm Azərbaycanın şərtlərini qəbul etməyə, həm də revanşist əhval-ruhiyyədən uzaq durmağa vadar edir”, - Ə.Əlibəyli vurğulayıb.
Politoloq hesab edir ki, Ermənistanın regional blokadadan çıxması Cənubi Qafqazda yeni iqtisadi imkanlar yarada bilər: “Ermənistan blokadadan çıxacaq, Azərbaycan və Türkiyə ora investisiya qoya bilər. Orta Dəhlizin bir ucu Zəngəzurda reallaşacaq. Qars, Naxçıvan və Ermənistan ərazisini əhatə edən multimodal daşınma dəhlizi formalaşacaq. Bunun nəticəsində yeni investisiya əraziləri və iqtisadi rayonlar meydana gələcək. Bu, çox mühüm məsələdir.”/ajans.az
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












