Ermənistan “Tramp Marşrutu”nun tikintisinə başlayır

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin praktik mərhələsinin icrasına, o cümlədən tikinti işlərinə 2026-cı ildə başlanması planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a həmin ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, hazırda Ermənistan tərəfi amerikalı tərəfdaşları ilə layihənin hüquqi bazasının və tənzimləmə mexanizmlərinin formalaşdırılması üzrə intensiv danışıqlar aparır.
Ermənistan XİN vurğulayıb ki, bu layihə “Orta Dəhliz”in komponenti olan Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu və “Fars körfəzi - Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizi daxil olmaqla regional əlaqələrin inkişafına yönəlmiş iri infrastruktur proqramlarının məntiqi çərçivəsinə tam uyğun gəlir.
Xatırladaq ki, bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyan layihəni həyata keçirmək üçün Ermənistan-ABŞ birgə müəssisəsi olan "TRİPP COMPANY"nin qeydiyyatdan keçiriləcəyini bəyan etmişdi. Onun sözlərinə görə, bu şirkət dəmir yolu, avtomobil yolları, neft və qaz boru kəmərləri, həmçinin fiber-optik kabellər üçün lazım olan infrastrukturu inkişaf etdirmək hüququna malik olacaq.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












