Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir

Oktyabrın 31-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Avtosfer.az xəbər verir ki, təqsirləndirilən şəxs Levon Mnatsakanyanın vəkili Oqtay Mədətov məhkəməyə müraciət edərək, fasilə zamanı müvəkkili ilə görüşmək istədiyini deyib.
Hakim fasilədə bunun üçün şərait yaradılacağını bildirib.
Təqsirləndirilən şəxs David Manukyan vəsatətlə çıxış edərək, ona qarşı irəli sürülmüş ittiham aktında təşkilatlanmış cinayətkar qrupun yaradılması ilə bağlı ittihamın cinayət işindən çıxarılmasını və ayrıca baxılmasını xahiş edib.
D.Manukyanın vəkili Valeh Qurbanov vəsatəti müdafiə etdiyini deyib.
İttiham tərəfi vəsatətə münasibət bildirib. Dövlət ittihamçısı Fuad Musayev qeyd edib ki, belə bir vəsatətin qaldırılması məhkəmə prosesinin hazırkı mərhələsinin predmeti deyil.
Məhkəmə tərəflərin fikirlərini dinlədikdən sonra, yerində müşavirə keçirərək, vəsatətin əsassız olduğu üçün təmin edilmədiyini bildirib.
Sonra Madat Babayanın vəkili Leyla Namazzadə vəsatətlə çıxış edərək, bəzi epizodların müvəkkilinə qarşı irəli sürülən cinayət işindən çıxarılmasını xahiş edib.
Təqsirləndirilən şəxs M.Babayan vəsatətlə razı olduğunu bildirib.
Dövlət ittihamçısı Təranə Məmmədova vəsatətin hazırkı prosesdə təmin olunmamasını xahiş edib.
Məhkəmə vəsatətə müşavirə otağında baxılaraq cavab veriləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












