Ermənistanın Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyalarını və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq mülki əhalinin sıx yaşadığı məntəqələrə zərbələr endirib.
Avtosfer.az xəbər verir ki, Vətən müharibəsində Bərdə rayonu da Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşinə məruz qalıb.
2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub. Beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə edilməklə endirilən zərbələr nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 5 dinc sakin həyatını itirib, 14 mülki şəxs yaralanıb.
Ümumilikdə isə 2020-ci il oktyabrın 5-i, 8-i, 27-si və 28-də, həmçinin noyabrın 7-də Bərdə rayonunda törədilən terror aktları nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb. Evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO












