Ev istəyən deputata Sahibə Qafarovadan ETİRAZ

"Ağdamda atamın 6 otağı, 8 sot torpağı şəhərin mərkəzində idi. Beş bacı, iki qardaşıq, bizə ev düşmür. Bu dəqiqə Ağdamda böyük tikinti gedir. İlk əvvəl məişət şəraiti yaxşı olmayanları köçürürlər".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.
"1970-ci ildən Bakıda yaşayıram. Qaçqın, məcburi köçkün statusu daşımıram. Mənim atamın mülkündə tikilən evdən niyə mənə düşməsin? Ağdamdan öz cibimin puluna ev almalıyam? Nə mənə, nə bacı-qardaşlarıma ev düşür. Bu məsələyə baxılsın. Qaçqın statusuna yenidən baxılmalıdır", - deyə deputat bildirib.
Spiker Sahibə Qafarova deputatın fikirləri ilə razılaşmadığını və onun bu çıxışı ilə görülən işlərə ləkə saldığını bildirib: “Bu qədər iş görülür və niyə siz ləkə salırsınız? Ağdama ağdamlılar köçməyəndə kim köçür? Hardan, hansı ölkədən gətirib məskunlaşdırırlar? Siz bir dəfə də bu məsələni qaldırmışdınız, demişdiniz ki, ağdamlılara yer vermirlər. Onda da sizə demişdim, bəs kimə yer verirlər? Bu qədər iş görürlər, siz bu işlərə ləkə salırsınız"./unikal
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU












