Əvəz Zeynallının həyat yoldaşı Azərbaycan dövlətinə müraciət etdi

"Xural" Media Qrupunun rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının səhhəti kəskin şəkildə pisləşib. Hal-hazırda Türkiyədə müalicə alan Zeynallı ağır vəziyyətdədir və həyat uğrunda mübarizə aparır.
"Unikal" Musavat.com-a istinadən xəbər verir ki, vəziiyyətin çıxılmaz nöqtəyə gəlməsi səbəbindən Əvəz bəyin həyat yoldaşı, jurnalist Məlahət Zeynallı dövlətə müraciət edib.
O, dövlətə və xalqa etdiyi müraciətdə bunları deyib:
“Əvəz bəy özü müstəqil olaraq qərar vermək iqtidarında deyil. Fikirlərini belə tamı-tamına ifadə edə bilmir. Ona görə də dövlət tərəfindən rəsmi olaraq mənim himayəmə verilən Əvəz Zeynallının həyat yoldaşı olaraq bütün məsuliyyəti öz üzərimə götürüb, Azərbaycan xalqına və dövlətinə müraciət edirəm: Əvəz Zeynallı yaşadığı bütün fəaliyyət dövrünü Azərbaycan xalqı və Azərbaycan dövlətinin rifahı naminə keçirib. Vətən sağ olsun, bu gün də xidmətlərini unutmur. Xalqın sevgisini hər an ruhumuzda hiss edirik.
Lakin bu gün imtahan günüdür. Sabah çox gec olacaq, əminliklə, bilərəkdən deyirəm. Əvəz Zeynallının müalicəsi və sağalıb, ayağa qalxması üçün lazım olan hər şeyi etmək gücü göydə Allah, yerdə yalnız dövlətdə və uca xalqımdadır. Ona görə də, dövlətimə və xalqıma müraciət edirəm:
Əvəz Zeynallıya sahib çıxın!
Bizim zatən Dövlətimizdən və Millətimizdən başqa kimimiz-kimsəmiz yoxdur.”
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs edilib
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakının küçələri yeni tədris ilinə hazırdır?











