FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə dövlət qurumu məlumat yayıb.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi proqnoza əsasən, günün ikinci yarısından etibarən qarşıdakı günlər ərzində ölkə ərazisində, həmçinin paytaxt Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit olacağı gözlənilir. Proqnozlara görə, güclü külək müşahidə ediləcək, müxtəlif ərazilərdə intensiv yağıntılar yağacaq, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın ehtimalı var, eyni zamanda şimşək çaxması da proqnozlaşdırılır.
Nazirliyin müraciətində vətəndaşlara güclü külək şəraitində yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq olmaq, elektrik dirəkləri və naqillərinin, habelə hündür ağacların yanında dayanmaqdan çəkinmək tövsiyə olunur.
Həmçinin güclü küləyin yanğınların söndürülməsinə ciddi maneələr yaratdığını nəzərə alaraq, küləkli havada yanğın təhlükəsizliyi normalarına xüsusi diqqət yetirilməsi vacibdir. Bundan əlavə, kiçikhəcmli gəmi sahibləri bu cür hava şəraitində dənizə çıxmağın qadağan edildiyi barədə xəbərdar olmalıdırlar.
Bununla yanaşı, intensiv yağıntılar nəticəsində bəzi çaylarda baş verə biləcək sel, daşqın və subasma hallarından qorunmaq məqsədilə təhlükəli zonalardan uzaq durmaq, bu cür vəziyyətlə qarşılaşdıqda dərhal ən yaxın hündür əraziyə çıxmaq, xilasetmə qüvvələrinin göstərişlərinə və tövsiyələrinə qeyd-şərtsiz əməl etmək zəruridir.
Eyni zamanda, ildırım təhlükəsindən müdafiə olunmaq üçün ildırım zamanı elektrik avadanlıqlarını şəbəkədən ayırmaq, telefon vasitəsilə (sabit xətt, mobil telefon, taksofon və digər vasitələrlə) danışıqdan imtina etmək, açıq ərazidə olarkən elektrik xətlərinə, ildırımötürücülərə, navalçalara və antenalara yaxınlaşmamaq, hündür ağaclar altında sığınmamaq lazımdır. Avtomobil idarə edənlərə isə hərəkəti saxlayıb pəncərələri bağlayaraq ildırımın sona çatmasını gözləmək məsləhət görülür.
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












