Fransa şirkətləri Orta Dəhliz inkişafında iştirak etmək istəyir

Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev və Fransanın Astanadakı səfiri Silvan Gioqe nəqliyyat infrastrukturu, mülki aviasiya və logistika sahəsində əməkdaşlıq potensialını müzakirə ediblər.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, görüşdə Qazaxıstan ilə Fransa arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə və iqtisadi-ticari əməkdaşlığın yaxşılaşdırılmasına töhfə verən nəqliyyat marşrutlarının inkişafına xüsusi diqqət yetirilib.
Görüşdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Fransa şirkətlərinin logistika infrastrukturunun inkişafına cəlb edilməsi imkanları müzakirə edilib.
Tərəflər görüşün yekunlarına dair nəqliyyat logistikası sahəsində əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqlarını bildiriblər.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












