Gəmilərin sıravi heyət üzvlərinə sertifikatlar veriləcək

Dövlət Dəniz və Liman Agentliyi tərəfindən gəmilərinsıravi heyət üzvlərinə təqdim olunan sertifikatların (diplomların) verilməsi prosesi 30 sentyabr 2024-cü il tarixindən etibarən “Bakı KOB evi”ndə həyata keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bu prosesə gəmilərin sıravi heyət üzvlərinə sertifikatların (diplomların) ilk dəfə verilməsi, həmçinin yenilənməsi üzrə sənəd qəbulu və hazır sənədlərin verilməsi daxildir.
Bunun üçün aşağıdakı sənədlər tələb olunur:
–şəxsiyyəti təsdiq edən sənəd;
–ixtisas diplomu;
–sertifikat (diplom) (əgər varsa);
–Dövlət Dəniz və Liman Agentliyi tərəfindən uyğunluq haqqına şəhadətnamə verilmiş tibb müəssisəsinin verdiyi dənizçinin tibb sertifikatı;
–tələb olunan xüsusi hazırlıq şəhadətnamələri;
–ümumvətəndaş pasportu (ehtiyac olarsa);
–dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (qəbz);
–üzmə haqqında arayış və ya təcrübə jurnalı;
–3x4 sm ölçüdə, ağ fonda rəngli fotoşəkil (2 ədəd).
Qeyd edək ki, qəbul olunmuş sənədlər əsasında sertifikatlar (diplomlar) beş iş günü müddətində hazırlanaraq təhvil veriləcək.
Məlumat üçün bildirək ki, hazırda dənizçilərə təqdim olunan sertifikatlar (diplomlar) “Bakı KOB evi” ilə yanaşı, Agentlikdə də verilir. Növbəti mərhələdə isə bu prosesyalnız “Bakı KOB evi”ndə təşkil olunacaq.
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












