Gəncədə qanunsuz tikinti işləri araşdırılır - FOTOLAR

Gəncə şəhərində müvafiq icazəverici sənədlər olmadan aparılan tikinti işlərinə qarşı nəzarət tədbirləri davam etdirilir.
Avtosfer.az xəbər verir ki, növbəti monitorinq zamanı şəhərin Cavadxan qəsəbəsində, Ə. N. Gəncəvi küçəsində qanunsuz tikililər, N. Əhmədov küçəsində isə qanunsuz quraşdırılmış dəmir konstruksiya aşkarlanıb.
Aşkar edilmiş qanunsuz tikintilərlə bağlı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında şəhər ərazisində tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılmış komissiyanın üzvləri, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
Şəhər ərazisində qanunsuz tikinti hallarının qarşısının alınması məqsədilə monitorinqlərin bundan sonra da mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.





Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












