Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlandı

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxs barəsində istintaq olunan cinayət işi tamamlanaraq məhkəməyə göndərilib.
Avtosfer.az Baş Prokurorluğa istinadən xəbər verir ki, Məmmədov Taleh Zakir oğlunun qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
İbtidai istintaqla Taleh Məmmədovun 2026-cı ilin may ayında vətəndaşa məxsus tərəvəz məhsullarının Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyaya daşınması zamanı Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsində əlavə yoxlanışa məruz qalmadan maneəsiz buraxılmasının təmin edilməsi müqabilində pul vəsaiti alaraq nüfuz alveri etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Taleh Məmmədova Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı əsasında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilib.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












