"Gündəlik Bakı-Ağdam-Xankəndi qatarlarının fəaliyyət göstərməsi planlaşdırılır" - Emin Hüseynov

"Ağdam dəmiryol xəttinin Xankəndiyə qədər genişləndirilməsi istiqamətində işlər aparılır və bu işlərin ilin sonuna qədər tamamlanması gözlənilir".
Avtosfer.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Aqrar Biznes Festivalı"çərçivəsində təşkil edilən "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsində deyib. O bildirib ki, 44 kilometrlik Bərdə-Ağdam yolu dünya səviyyəsində çəkilmiş, bütün beynəlxalq standartlara uyğun gələn bir yoldur:
"Ərazidə uzunluğu 47 km olan Ağdam dəmiryol xətti də var. Hazırda bu xəttin Xankəndiyə qədər davam etdirilməsi istiqamətində işlər aparılır və bu ilin sonuna qədər onun tamamlanması gözlənilir. Xətt tamamlandıqdan sonra gündəlik əsasda Bakı-Ağdam-Xankəndi qatarlarının fəaliyyət göstərəcəyini gözləyirik. Bu, həm sakinlər, həm də sahibkarlar üçün olduqca önəmlidir"./oxu.az
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












