Günəşlidə qazılmış yollar həftələrdir asfaltlanmır - Sakinlərdən narazılıq - VİDEO

Günəşli qəsəbəsində yol təmirinin ləngiməsi, küçənin qaşınmasından xeyli vaxt keçməsinə bağmayaraq asfaltlanmaması məsələsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) münasibət bildirilib.
Avtosfer.az-ın məlumatına görə, agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, ərazidə təmir işlərinə təxminən 10 gün əvvəl başlanılıb:
"Təmir prosesi böyük bir ərazini əhatə etdikdə qısa müddətdə işləri aparıb yekunlaşdırmaq olmur. Bəlkə də insanlar texnika-filan görmürlər, amma işlər davam edir. Bir-iki günə orada asfaltlanma işləri də icra olunacaq".
***
Bakının Suraxanı rayonunun Günəşli qəsəbəsində yolların asfalt örtüyü qaşındıqdan sonra ərazidə təmir işləri tamamlanmayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a sakinlər müraciət ediblər.
Sakinlərin sözlərinə görə, Günəşli qəsəbəsinin girişində və qəsəbəni Babək prospekti ilə birləşdirən yolda asfalt örtüyü qaşınaraq götürülüb, lakin iki həftədən çox vaxt keçməsinə baxmayaraq, yeni asfalt döşənməyib.
Sakinlər bildiriblər ki, hazırda yollarda toz-torpaq və çınqıl çoxluq təşkil edir, bəzi hissələrdə isə böyük çuxurlar yaranıb.
Onların sözlərinə görə, Günəşlidə digər yollarda da vəziyyət olduqca bərbaddır.
Bildirilib ki, problemin miqyası yalnız qəsəbə daxilindəki küçələrlə məhdudlaşmır.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












