Gürcüstan gömrüyündə saxlanılan azərbaycanlı sürücülərin problemi həll edilir

Gürcüstanın gömrük-keçid məntəqələrində uzun müddət saxlanılan Azərbaycan qeydiyyatlı yük avtomobillərinin sürücülərinin bir qismi buraxılıb, digər sürücülərin məsələsinin də yaxın vaxtlarda həll ediləcəyi bildirilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hazırda bəzi sürücülər Gürcüstandan Azərbaycana qayıdır, bəziləri də gömrük rəsmiləşdirilməsinin başa çatdırılmasını gözləyirlər.
Qeyd edək ki, bir qrup azərbaycanlı TIR sürücüsü Gürcüstan ərazisindən tranzit keçərkən müxtəlif gömrük məntəqələrində günlərlə, bəzi hallarda isə həftələrlə gözləməli olduqlarını bildirmişdilər. Sürücülər saxlanılmalarının səbəbi barədə onlara vaxtında rəsmi izahat verilmədiyini deyirdilər.
Məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyi avqustun 5-də Gürcüstan Xarici İşlər Nazirliyinə sorğu təqdim edib.
Gürcüstan XİN-dən verilən açıqlamada qeyd edilib ki, səfirliyin müraciəti dərhal aidiyyəti dövlət qurumlarına göndərilib və məsələ ilə bağlı Gürcüstan qanunvericiliyində nəzərdə tutulan tədbirlər həyata keçirilir.
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti də məsələ ilə bağlı açıqlama yayaraq bütün sərhəd-keçid məntəqələrində yüklərin hərəkətinin maneəsiz həyata keçirildiyini və qeyd olunan məsələ ilə bağlı araşdırma aparıldığını bildirmişdi.
Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin müraciətindən sonra məsələ Gürcüstanın aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılıb.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












