Gürcüstan-Rusiya sərhədində ŞOK YAŞANIR – İnsanlar QORXUDA

Rusiya və Gürcüstan arasındakı nəqliyyat əlaqəsini təmin edən strateji magistralda fövqəladə vəziyyət yaranıb. Təbii fəlakət təhlükəsi səbəbindən hərəkətin qəfil dayandırılması minə yaxın vətəndaşın yollarda qalmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, qadağa ölkələrarası yeganə quru yolu olan məntəqədə tətbiq edilib. Yaranmış risklər üzündən nəqliyyat vasitələrinin hər iki istiqamətə – nə Gürcüstana, nə də geriyə keçidinə icazə verilmir. Ərazidən keçən sürücülərin verdiyi məlumata görə, postlara çatmamış polis və aidiyyəti qurumlar maşınları saxlayaraq irəliyə getməyin həyati təhlükə daşıdığını bildirirlər. Çünki dağlıq zonada quraşdırılmış xüsusi sensorlar uçqun və qar-buz qopması təhlükəsinin real olduğunu qeydə alıb. Bunun ardınca sərhədin hər iki istiqamətində kilometrlərlə uzanan nəqliyyat sıxlığı və uzun tıxaclar əmələ gəlib.
Təhlükənin miqyası bununla bitməyib, Gürcüstan tərəfində yerləşən “Dariali” gömrük-keçid məntəqəsində də vəziyyət gərginləşib. Devdorak dərəsində quraşdırılmış avtomatik erkən xəbərdarlıq sistemi dərhal həyəcan siqnalı verib. Buna səbəb Terek çayında suyun səviyyəsinin qəfil dəyişməsi olub. Təhlükəsizlik protokoluna uyğun olaraq, dərhal məntəqənin şəxsi heyəti və orada olan mülki şəxslər təcili şəkildə təhlükəsiz əraziyə təxliyə ediliblər. Hazırda mütəxəssislər vəziyyəti izləyirlər və yolların nə zaman açılacağı hələ ki naməlum qalır.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












