Gürcüstan Rustavi–Sadaxlı magistralı üzrə nəzarət üçün beynəlxalq tenderi təkrar açdı

Gürcüstan hökuməti Rustavi-Tsiteli körpüsü və Alqeti-Sadaxlı əsas yol seqmentlərində aparılacaq tikinti işlərinə nəzarət məqsədilə beynəlxalq tenderi yenidən elan edib.
Avtosfer.az bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Yol Departamentinə istinadən xəbər verir.
Qurumun açıqlamasına əsasən, nəzarət xidmətlərinin ümumi təxmini məbləği 19 milyon avro həcmindədir.
Məlumata görə, Rustavi-Tsiteli körpüsü və Alqeti-Sadaxlı hissələri Şərq-Qərb və Cənub-Şimal beynəlxalq tranzit dəhlizlərinin əhəmiyyətli seqmentini təşkil edir və Gürcüstanın magistral yol infrastrukturunu Azərbaycan və Ermənistan sərhədlərinə qovuşdurur.
Layihə daxilində beynəlxalq yol təhlükəsizliyi normalarına müvafiq olaraq, 61,3 km uzunluğunda 4 zolaqlı, beton örtüklü və müasir işıqlandırma sistemi ilə təmin edilmiş avtomobil yolunun inşası nəzərdə tutulub. Eyni zamanda, 26 körpü və 11 yol qovşağının tikilməsi də planın tərkib hissəsidir. Bu istiqamətdə işlər dörd ayrı hissəyə bölünmüşdü və ilkin planlara uyğun olaraq, tikinti prosesinin 2025-ci ildə başlaması və 30 aylıq müddət ərzində mərhələli qaydada yekunlaşdırılması nəzərdə tutulurdu.
Layihənin maliyyələşdirilməsi Avropa İnvestisiya Bankının (EIB) krediti və dövlət büdcəsinin ortaq vəsaitləri hesabına həyata keçirilir. Bank bu təşəbbüs üçün 250 milyon avro kredit vəsaiti ayırıb. Əsas yol hissələrinin layihələndirilməsi isə Dünya Bankının dəstəyi ilə hollandiyalı şirkət tərəfindən hazırlanıb./report
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












