"Gürcüstan və Azərbaycan arasında heç bir gərginlik yoxdur" - Kobaxidze

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla Gürcüstan hökumətləri arasında hər hansı bir gərginliyin olmadığını bildirərək, bütün məsələlərin dostluq mühitində həll edildiyini vurğulayıb.
Avtosfer.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hökumət rəhbəri bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Gürcüstan Patriarxlığının Azərbaycan ərazisindəki Kürmük məbədi ilə bağlı bəyanatına verdiyi reaksiyanı şərh edərkən danışıb.
"Bizim aramızda heç bir gərginlik yoxdur, Azərbaycan hökuməti ilə dostluq münasibətlərimiz mövcuddur. Bu dostluğa əsaslanaraq hər bir mövzunu çox rahatlıqla müzakirə edə bilirik. Gürcüstan və Azərbaycan hökumətləri arasındakı bütün məsələlər məhz belə bir dostluq rejimində nəzərdən keçirilir", - deyə Kobaxidze qeyd edib.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












