Gürcüstan və Çinin Baş nazirləri Orta Dəhlizi müzakirə edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Şanxayda Çin Xalq Respublikasının Baş naziri Li Çianla görüşüb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kobaxidze "X" hesabında bildirib. Onun sözlərinə görə, görüşdə ikitərəfli münasibətlərin dayanıqlı inkişafı və strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Gürcüstan hökumətinin yaydığı məlumata əsasən,
tərəflər "Bir kəmər, bir yol" təşəbbüsü və Orta Dəhlizin inkişafı çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıblar. Kobaxidze bildirib ki, Gürcüstan Orta Dəhlizin vacib bir hissəsi kimi regional əlaqəni və ticarəti daha da inkişaf etdirmək üçün Çinlə əməkdaşlığı genişləndirməyə hazırdır.
Qeyd edək ki, Kobaxidze çinli həmkarının dəvəti ilə Şanxayda səfərdədir. O, sabah Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edəcək. Gürcüstan builki sərgiyə fəxri qonaq qismində qatılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












