Gürcüstan və Türkmənistan Orta Dəhliz çərçivəsində əməkdaşlığı genişləndirirlər

Gürcüstan ilə Türkmənistan arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsi çərçivəsində daha da güclənir. Hər iki ölkə layihə çərçivəsində əməkdaşlığı genişləndirir.
Avtosfer.az xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili Türkmənistanın Müstəqillik və Daimi Bitərəflik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hər iki ölkə regional daşımaların şaxələndirilməsi və Şərq-Qərb nəqliyyat xəttinin rəqabət qabiliyyətinin artırılması üçün sıx əməkdaşlıq edir. O qeyd edib ki, tranzit və liman infrastrukturu sahəsində davamlı tərəfdaşlıq Orta Dəhlizin inkişafında xüsusi əhəmiyyət daşıyır.
Nazir müavini əlavə edib ki, layihə çərçivəsində həyata keçirilən birgə fəaliyyətlər yükdaşımaların sürətini və səmərəliliyini artırmaqla yanaşı, Gürcüstan və Türkmənistan üçün yeni iqtisadi imkanlar yaradır. Bildirilib ki, Orta Dəhliz Asiyanı Avropa ilə birləşdirən əsas strateji ticarət yoludur və region ölkələri üçün iqtisadi-coğrafi üstünlükləri ilə seçilir.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












