Gürcüstanda Azərbaycan və Ermənistanı birləşdirəcək yol layihəsi üzrə tenderlər ləğv edildi

Gürcüstan Yol İdarəsi Rustavi–Tsiteli körpüsü və Alqeti–Sadaxlı avtomobil yollarının tikintisi ilə bağlı elan edilmiş beynəlxalq tenderləri ləğv edib.
Avtosfer.az xəbər verir ki, qurumun rəsmi saytında yayımlanan məlumata görə, 2024-cü ilin avqustunda elan olunmuş tenderlərə həm tikinti işləri, həm də layihəyə nəzarət xidmətlərinin satınalması daxil idi.
Sənədlərdə tenderlərin ləğv edilməsinin əsas səbəbi kimi satınalmalarda rəqabətin aşağı olması göstərilib.
Məlumata görə, Rustavi–Tsiteli körpüsü və Algeti–Sadaxlı yol hissələri Gürcüstanı Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirən beynəlxalq nəqliyyat marşrutlarının - Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin bir hissəsini təşkil edir.
Layihə çərçivəsində ümumi uzunluğu 61,3 kilometr olan 4 zolaqlı və işıqlandırma sistemi ilə təchiz edilmiş beton sürətli yolun tikintisi planlaşdırılırdı. Bundan əlavə, layihə əsasında 26 körpü və 11 nəqliyyat qovşağının inşası nəzərdə tutulmuşdu.
Bu çərçivədə işlər dörd hissəyə bölünmüşdü və əvvəlki planlara əsasən, 2025-ci ildə başlanmalı olan tikinti işlərinin 30 ay ərzində mərhələli şəkildə tamamlanması planlaşdırılırdı.
Layihənin maliyyələşdirilməsi Avropa İnvestisiya Bankı və Gürcüstan hökuməti tərəfindən birgə həyata keçirilirdi. Bank bu məqsədlə layihəyə 250 milyon avro kredit ayırmışdı./report
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










