Gürcüstanda DTX rəisi istefa verdi - YENİLƏNİB

Tamaz Boraşvili Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri vəzifəsini icra edəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə məlumat verib.
Qeyd olunur ki, bu gün vəzifəsindən ayrılan Gela Geladze daxili işlər nazirinin müavini təyin olunacaq. Qeyd edək ki, o, daha əvvəl – 2025-ci ilin mayından 2026-cı ilin aprelinədək – Daxili İşlər Nazirliyində rəhbər vəzifədə çalışıb.
Boraşvili Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkar əməkdaşıdır. O, 2025-ci ilin sentyabrında DTX rəisi Mamuka Mdinaradzenin müavini təyin edilib. 2026-cı ilin aprelində qurumda rəhbərlik dəyişikliyi baş verdikdən sonra Boraşvili Geladzenin rəhbərliyi altında müavin vəzifəsini qoruyub saxlayıb.
***
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qeka Geladze vəzifəsindən istefa vermək qərarına gəlib.
Avtosfer.az milliaz-a istinadən xəbər verir ki, o bildirib ki, qərar siyasi komanda ilə aparılan məsləhətləşmələrdən sonra qəbul edilib. Bununla belə, Geladze dövlət qulluğunda fəaliyyətini davam etdirəcək və başqa dövlət qurumunda çalışacaq.
“Gürcüstan DTX-nin rəisi vəzifəsini tərk etmək qərarına gəldim. Bu vəzifədə çalışmaq mənim üçün böyük məsuliyyət və ölkəmizə xidmət etmək imkanı idi”, – deyə Geladze bildirib.
DTX rəisi həmçinin həmkarlarına birgə fəaliyyətə görə təşəkkür edib və yeni vəzifəsində də dövlətə xidmətini davam etdirəcəyini qeyd edib.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












