Hacı Qalibin obyekti tam olaraq dağıdıldı - VİDEO

Fevralın 23-də Bakının Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus obyektlərdən birinin sökülməsi davam etdirilib. Əraziyə gətirilən ağır texnika ilə obyekt yerlə-bir edilib.
Avtosfer.az xəbər verir ki, Musavat.com-a göndərilən bir neçə saniyəlik videoda obyektin dağıdılması görünür.
Obyekt ilkin olaraq fevralın 2-də bir neçə yerdən dağıdılmış, Hacı Qalib Salahzadəyə tam sökülməsi təklif olunmuşdu.
Hacı Qalib Salahzadənin sözlərinə görə, söküntü Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə həyata keçirilib.
Bu, Hacı Qalib Salahzadənin Bilgəhdəki obyektləri ilə bağlı ilk insident deyil.
Xatırladaq ki, 2024-cü ilin may ayında da Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri Bilgəh qəsəbəsində, Xəzər sahilində yerləşən və Salahzadəyə məxsus olduğu deyilən bağ torpaq sahəsindəki tikililəri sökmüş, ərazinin giriş qapısını daşla hörmüşdülər.
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












