Hacıqabulda minik avtomobillərinin istehsalı son 3 ildə 4 dəfəyə yaxın artdı

2024-cü ildə Azərbaycanda istehsal olunan minik avtomobillərinin 4 996 ədədi və ya 83,3 %-i Hacıqabul rayonunun payına düşüb.
Avtosfer.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, 2023-cü ilə nisbətən Hacıqabulda istehsal 1 857 ədəd və ya 59 %, 2022-ci ilin göstərici ilə müqayisədə isə 3 657 ədəd və ya 3,7 dəfə artıb.
Hacıqabulda ötən il həmçinin 188 ədəd (1 il əvvələ nisbətən 55 % az, son 3 ildə - 8 dəfə çox) yük avtomobili, 120 ədəd (+7 % və +8 %) ictimai sərnişin nəqliyyat vasitəsi istehsal edilib.
Ötən il həmçinin Neftçala rayonunda 690 ədəd (+23 % və +1,2 %), Naxçıvan Muxtar Respublikasında isə 312 ədəd (+87 % və +11 dəfə) minik avtomobili istehsal edilib.
Xatırladaq ki, Azərbaycanda minik avtomobillər Neftçala Avtomobil Zavodunda, Hacıqabul Sənaye Parkındakı avtomobil zavodunda və muxtar respublikada yerləşən Naxçıvan Avtomobil Zavodunda istehsal edilir.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












