Hakimin öldüyü qəza ilə bağlı yeni məhkəmə BAŞLADI

Xəbərlər 3 Sentyabr 2026 15:41
Hakimin öldüyü qəza ilə bağlı yeni məhkəmə BAŞLADI
WhatsApp kanalımıza abunə olun

Bakı Apellyasiya Məhkəməsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu avtomobil qəzası ilə bağlı təqsirləndirilən Nuran Abdurrahmanovun hökmündən zərərçəkənin hüquqi varisi tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Avtosfer.az xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin hüquqi varisinin hüquqlarını müdafiə edən vəkil vəsatət verərək, məlum hadisə ilə bağlı zərərçəkənin hüquqi varisinin səhhətində yaranmış problemlərlə bağlı prosesdə iştirak edə bilmədiyini məhkəməyə bildirib və onun növbəti prosesdə iştirak edə bilməsi üçün məhkəmənin təxirə salınmasını istəyib.

Məhkəmə tərkibi növbəti prosesin 17 sentyabr saat 10:50-ə təyin olunduğunu bildirib.

Xatırladaq ki, hadisə 22 dekabr 2025-ci ildə Pirşağı-Novxanı yolunun Binəqədi rayonunun Görədil bağlar massivi ərazisində baş verib. Nuran Abdurahmanov idarə etdiyi "Samand Soren" markalı dövlət qeydiyyat nişanlı avtomobillə Yadigar Babayevin idarə etdiyi "Nissan Sunny" markalı dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Nəticədə "Nissan Sunny" markalı dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Aynurə Rzayeva ağır xəsarətlər alaraq ölüb. Ağır xəsarətlər alan sürücü Yadigar Babayevi xilas etmək mümkün olub.

Faktla bağlı cinayət işi başlanılıb, Nuran Abdurahmanov Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə)  maddəsi ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Bu il iyulun 10-da Binəqədi rayon Məhkəməsi Nuran Abdurahmanovun 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm oxuyub.

Qeyd edək ki, qəza nəticəsində həyatını itirən Aynurə Rzayeva şəhid övladı olub. Onun atası Rzayev Tapdıq Köçəri oğlu Ermənistanın Azərbaycana qarşı işğalı zamanı Kərkicahan uğrunda gedən döyüşlərdə şəhid olub./lent.az

Oxunub : 174
ŞƏRH YAZ
Ad

E-mail

Şərh