Hava kəskin dəyişir - Proqnoz verildi

Sentyabrın 29-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-6° isti, gündüz 6-10° isti olacaq.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












