Hava limanı QƏFİL BAĞLANDI - Bütün reyslər ləğv edildi

İngiltərənin mühüm hava nəqliyyatı mərkəzlərindən biri olan Norviç hava limanında personal böhranı səbəbindən uçuşlar dayandırılıb. Sərnişinlər üçün ciddi problemlər yaranarkən, hava limanının gün ərzində müəyyən saatlarda tamamilə bağlanacağı açıqlanıb.
Avtosfer.az xəbər verir ki, İngiltərədə hava nəqliyyatında ciddi fasilə yaşanıb. Norviç hava limanı 3 sentyabr tarixində gün ərzində üç fərqli vaxt intervalında hava hərəkətinə tamamilə bağlanacağını elan edib.
Qərar nəticəsində həmin saatlarda bütün uçuşlar dayandırılıb və sərnişinlərə hava limanına yola düşməzdən əvvəl aviaşirkətlərlə əlaqə saxlayaraq reyslərinin son vəziyyətini öyrənmələri tövsiyə olunub.
Hava limanının açıqlamasına əsasən, bağlanma saatları belə müəyyənləşdirilib:
06:00–14:00 – tam bağlanma
16:00–16:45 – tam bağlanma
18:45–19:45 – tam bağlanma
Rəsmi açıqlamada bildirilib ki, hava hərəkətinə nəzarət personalının xəstələnməsi və davam edən tətil səbəbindən əlavə əməkdaşlarla növbələri əvəzləmək imkanları məhdudlaşıb.
Hava limanı rəhbərliyi sərnişinlərdən yaranan narahatlığa görə üzr istəyib və uçuşlarla bağlı ən son məlumat üçün birbaşa aviaşirkətlərlə əlaqə saxlamağı tövsiyə edib.
Problemdən sonra Niderlandın KLM aviaşirkəti də Norviç–Amsterdam marşrutu üzrə KL1054, KL1055 və KL1056 nömrəli uçuşlarını əməliyyat səbəblərinə görə ləğv etdiyini açıqlayıb.
Böhran avqustun ortalarından etibarən hava hərəkətinə nəzarət personalının keçirdiyi tətil fonunda daha da dərinləşib. Personalın əməkhaqqı və iş şəraiti ilə bağlı yaranan fikir ayrılıqları səbəbindən avqustun 17-dən başlayan iş dayandırma aksiyaları əməkdaşlar arasında xəstəlik halları ilə birləşərək hava limanının fəaliyyətinə ciddi təsir göstərib.
Tərəflər arasında danışıqların davam etdiyi bildirilsə də, hələlik razılaşma əldə olunmayıb./musavat
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA












