Hazırda ölkədə neçə təcili yardım maşını fəaliyyət göstərir? - RƏSMİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansında 2010-cu ildən əvvəl istehsal olunmuş, o cümlədən sovet istehsalı olan avtomobillər qismən qalmaqdadır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Trend"ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verib.
Bildirilib ki, hazırda bu sahədə yenilənmə prosesi gedir və köhnə avtomobillərin mərhələli şəkildə yeniləri ilə əvəz olunması istiqamətində işlər aparılır.
"Təkcə 2025-ci il ərzində 100-dən çox istismara yarasız avtomobil xidmətdən kənarlaşdırılaraq, yeniləri ilə əvəz edilib.
Ümumiyyətlə, son illər İcbari Tibbi Sığorta sisteminin tətbiqi çərçivəsində təcili tibbi yardım sisteminin infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. 2025-ci ilə qədər ölkə üzrə 400-ə yaxın yeni ambulans alınaraq istifadəyə verilib. Bu il ərzində isə əlavə olaraq 80 ədəd “Iveco” markalı təcili tibbi yardım avtomobili alınıb və onların paylanılması prosesinə başlanılıb.
Təcili yardım xidmətinin bölgələrdə daha da yaxşılaşdırılması, operativliyin təmin edilməsi və xidmət keyfiyyətinin artırılması məqsədilə tədbirlər davam etdirilir",- deyə məlumatda qeyd edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












