Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI

Hesablama Palatası Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyində və Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.
Avtosfer.az Teleqraf.az-a istinadla xəbər verir ki, qurumda növbəti Kollegiya iclası keçirilib.
İclasda auditor Vəfa Mütəllimovanın təqdim etdiyi "Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətinin auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə olunub. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurumun zəruri tədbirlər görməsinə dair qərar qəbul olunub.
Agentliyin İdarə heyətinin sədri və Elm və Təhsil Nazirliyinin şöbə müdiri auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd ediblər.
Daha sonra auditor Hafiz İsmayılbəylinin təqdim etdiyi "Şahbuz Rayon İcra Hakimiyyəti və tabeli qurumları tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakından istifadəsinin auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə olunub. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.
İclasın sonunda gündəlikdə nəzərdə tutulan digər cari məsələlərə də baxılıb.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












