Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın xarici siyasəti və qonşu dövlətlərlə münasibətləri ilə bağlı səsləndirilən əsassız iddialara sərt cavab verib.
Avtosfer.az xəbər verir ki, Hikmət Hacıyev Azərbaycanın heç vaxt öz ərazisinin hər hansı qonşu dövlətə qarşı hərəkətlər üçün istifadəsinə yol verməyəcəyini bəyan edib.
Prezidentin köməkçisi qeyd edib ki, İran bizim üçün qardaş ölkədir, çünki Araz çayının o biri sahilində bizim qardaşlarımız yaşayır.
Azərbaycan ərazisinin guya "Mossad" tərəfindən istifadə edilməsi ilə bağlı iddialara toxunan H.Hacıyev bunun tamamilə əsassız olduğunu vurğulayıb: "Birincisi, bizim üçün ərazimizin azadlığı və suverenliyi əsas prinsipdir. İkincisi, Azərbaycan heç vaxt öz ərazisinin hər hansı qonşu dövlətə qarşı istifadəsinə imkan verməyəcək. Üçüncüsü, sərhədin o tayında yaşayan insanlara qarşı mənəvi borcumuz var. Onlar bizim qardaşlarımızdır, necə yol verə bilərik? Dördüncüsü, texniki cəhətdən bu, ümumiyyətlə, necə mümkündür? İsrail bura necə gələ bilərdi? Bunun üçün Türkiyə ərazisindən keçməli idi. Nə Türkiyə, nə də Azərbaycan buna heç vaxt imkan verməz. Bütün bu iddialar çirkli təbliğatın elementləridir".
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












