"Hüseyn Cavid" quru yük gəmisi təmir olunaraq istismara qaytarıldı

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Hüseyn Cavid" universal quru yük gəmisi təmir olunub.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan tərsanə təmiri vaxtında və yüksək keyfiyyətlə həyata keçirilib.
Proses çərçivəsində gəminin baş və köməkçi mühərrikləri, anbar qapaqları təmir olunub, dizel generatorları isə yenisi ilə əvəz edilib. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə-qaynaq işləri görülüb.
Bundan başqa, gəminin sualtı və suüstü hissələri, göyərtələri, anbar qapaqları təmizlənərək rənglənib. Təmir başa çatdıqdan sonra universal quru yük gəmisi yenidən istismara qaytarılıb.
Uzunluğu 108,33, eni 16,74 metr olan "Hüseyn Cavid" gəmisi 5 200 ton yükgötürmə qabiliyyətinə malikdir.
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...












