İçərişəhərə avtomobillərin girişinin tam məhdudlaşdırılmamasının səbəbi açıqlanıb

İçərişəhər ərazisinə daxil olan avtomobillərin sayının iki dəfə azaldılmasına nail olunub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) dördüncü günündə deyib.
Onun sözlərinə görə, İçərişəhərin nəqliyyat vasitələri üzrə maksimum tutumu əvvəllər 600 avtomobil idi, indi isə bu göstərici 300-ə endirilib:
"Əlbəttə, burada yerli sahibkarlar və sakinlər yaşayırlar. Ona görə də ərazini avtomobillərin hərəkətinə tamamilə bağlamaq mümkün deyil. Lakin nəqliyyat vasitələrinin sayının azaldılması və müəyyən məhdudiyyətlərin tətbiqi dayanıqlı hərəkətliliyin təmin olunması istiqamətində atılan addımlardan biridir".
Aytac Əlisultanlı əlavə edib ki, İçərişəhər qala divarları daxilində cəmi 22 hektarlıq məhdud ərazini əhatə edir:
"Ona görə də ərazini fiziki baxımdan genişləndirilməsi imkanı yoxdur".
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












