İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI

Sosial şəbəkədə qeyri-etik hərəkətlərə yol verən daha bir tiktoker saxlanılıb.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, 31 yaşlı Masallı rayon sakini Samirə Baxışova (şərti adla) gecə saatlarında "TikTok" sosial şəbəkəsində özünə məxsus səhifədə canlı yayım açıb. Canlı yayımda isə nalayiq ifadələr işlədib və bununla da ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.
Buna görə də o saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
Üç uşaq anası olan S.Baxışova ifadəsində bildirib ki, çay evində işləyir. Gecə saatlarında işdən çıxandan sonra yemək üçün restorana gedib. Bu zaman "TikTok"dakı səhifəsində canlı yayım açıb. Get-gedə izləyicilərinin sayı artıb və onlar Samirəni təhqir ediblər. Buna görə o da həmin şəxslərə qarşı nalayiq ifadələr işlədib, daha sonra isə canlı yayımı bağlayıb.
Samirə Baxışova hadisə zamanı spirtli içkinin təsiri altında olduğunu deyib. O, əməlindən peşman olduğunu söyləyərək, barəsində cərimə növündə cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə S.Baxışova 700 manat məbləğində cərimələnib.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












