İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ

Yardımlı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.
Qərara əsasən, təqdimat təmin edilib, təqsirləndirilən hər iki şəxs barəsində həbs qətimkan tədbirinin müddəti 30 noyabradək uzadılıb.
Təqsirləndirilən Elçin Mirzəyev və Yaşar Eyvazovun hansı maddələr üzrə ittiham edildikləri də məlum olub. Belə ki, adıçəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1-ci (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, təqsirləndirilən Elçin Mirzəyev və Yaşar Eyvazov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu ilin aprel ayında həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












